Dilqəm Əsgərov və Şahbaz Quliyevdən xəbər var

Dilqəm Əsgərov girov götürülən zaman. 27 iyul 2014

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) əməkdaşları Dağlıq Qarabağda saxlanan Dilqəm ƏsgərovŞahbaz Quliyevə baş çəkiblər.

Bu haqda BQXK-nın Azərbaycan nümayəndəliyindən İlahə Hüseynova APA-ya bildirib.

O bildirib ki, bu hadisə noyabrın 2-də baş tutub. BQXK-nın nümayəndələri Dağlıq Qarabağda saxlanan hər iki şəxsə ailələrindən məlumatlar çatdırıblar. Onlardan da ailələrinə məlumat alıblar.

Buna da bax:​ Ombudsman girovlarla bağlı Avropa Məhkəməsinə müraciət edib

2014-cü ildə Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyevi Kəlbəcərdə Ermənistan əsgərləri girov götürüblər. Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. Dilqəm Əsgərov və Şahbaz Quliyev əslən Kəlbəcər rayonundandırlar. H. Həsənovun meyiti alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində məhkəmə qurulub. Azərbaycan hökumətinin tanımadığı bu məhkəmənin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Onlar Kəlbəcərə ata-baba yurdlarına baş çəkməkdən ötrü gəldiklərini bildiriblər.

Buna da bax:​ Amerikalı həmsədr Dilqəm Əsgərovla Şahbaz Quliyevi qaytarmağa çağırıb

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib. Həmin rayonlardan biri də 1993-cü il aprelin 2-də işğal edilən Kəlbəcər rayonudur.

Buna da bax:

Sizin brauzer HTML5-i dəstəkləmir

Girovluqda olanlar üçün aclıq aksiyası başlanılıb