Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 07:08

Amerikalı həmsədr Dilqəm Əsgərovla Şahbaz Quliyevi qaytarmağa çağırıb


James Warlick
James Warlick

“Biz səlahiyyətli şəxsləri 2 azərbaycanlı məhbusu Azərbaycan hökumətinə qaytarmağa çağırırıq”.

Bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri James Warlick Xankəndidə Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qurulan məhəkəmə ilə bağlı APA-ya açıqlamasında deyib.

O qeyd edib ki, bu cer humanist addım tərəflər arasında etimad yaradılması və gərginliyin azalmasına kömək edə bilər.

Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev ötən ilin iyulunda Kəlbəcərdə doğmalarının qəbirlərini ziyarıt edərkən əsir götürülüblər.

Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə həmin vaxt öldürülüb və meyiti Bakıya verilib.

Separatçı Dağlıq Qarabağ rejimi ötən il dekabrın 19-da Dilqəm Əsgərovu ömürlük, Şahybaz Quliyevi isə 22 il azadlıqdan məhrum edib.

Azərbaycan tərəfi bu məhkəmənin heç bir hüquqi qüvvəsi olmadığını deyir.

XS
SM
MD
LG