Beynəlxalq Banka yeni baş direktor

Beynəlxalq Bank

Vasif Əhmədov Azərbaycan Beynəlxalq Bankının (ABB) yeni baş direktoru təyin edilib.

“Turan” Agentliyinin məlumatına görə, bankın mətbuat xidmətində bu informasiyanı təsdiq ediblər. Həmçinin bildirilib ki, təyinat dekabrın 14-də olub.

Buna da bax:​ "Mərkəzi Bankı yoxlasalar, Beynəlxalq Bank toya getməli olacaq..."

V.Əhmədov bu təyinatadək "Atəşgah Sığorta" şirkətinin İdarə heyəti sədrinin birinci müavini vəzifəsində çalışıb.

Hazırda ABB-də 3 baş direktor var - V.Əhmədovdan başqa, Hidayət Sultanov və Fuad İslamov da bu postu tuturlar.

Dekabrın 8-də ABB rəhbəri Elmar Məmmədov vəzifədən azad edilmişdi. Bu vəzifədə onu müvəqqəti Xalid Əhədov əvəzləmişdi. Xalid Əhədov indi idarə heyətinin üzvü olaraq qalır.

Buna da bax: Vəkil: 'Cahangir Hacıyevə ciddi qərəz hiss olunur'

Azərbaycan prezidentinin 2015-ci il iyulun 15-i verdiyi fərmanla hazırda bankda sağlamlaşdırılma tədbirlərinin aparıldığı bildirilir.

Elmar Məmmədov Cahangir Hacıyevdən sonra bu bankın İdarə Heyətinin sədri vəzifəsinə gətirilmişdi.

C. Hacıyev bu il vəzifə səlahiyyətlərini aşma, küllü miqdarda dövlət əmlakını mənimsəməkdə və başqa iqtisadi cinayətlərdə ittiham edilərək 15 il həbs cəzası alıb.

Buna da bax: Beynəlxalq Bankın problemli aktivlərinin satışına başlanıb

2015-ci ildə bir çox iş adamları ABB-dan kredit götürüb qaytarmadıqları iddiası ilə həbs edilmişdilər. Sonradan onların əksəriyyəti sərbəst buraxılmışdı.