Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:27

«Azərbaycan Beynəlxalq Bankı» ASC-nin «Aqrarkredit» QSC bank olmayan kredit təşkilatına idarəetməyə verdiyi problemli aktivlərin satışına başlanıb. «Report» «Aqrarkredit»ə istinadən xəbər verir ki, hələlik 3 müəssisə satışa çıxarılıb.

Xəbərdə deyilir ki, bu, Tbilisi şəhərinin (Gürcüstan) Samqori rayonunda yerləşən beton, Azərbaycanın Şəki rayonunun Qarasu kəndində yerləşən ət və süd məhsulları və Abşeron rayonunun Novxanı kəndində yerləşən şərab istehsalı müəssisələridir. Amma ABB-yə borc müqabilində girov qoyulmuş bu obyektlərin ilkin satış qiyməti açıqlanmayıb. Yalnız o məlumdur ki, hər 3 müəssisə hərrac yolu ilə satılacaq.

«Aqrarkredit» aktivlərin idarə olunmasında əməkdaşlıq edəcəyi hərrac təşkilatlarının adlarını da açıqlayıb. Bu, «Daşınar və daşınmaz əmlakların satışı üzrə Hərrac Mərkəzi» MMC, Respublika Xammal və Əmtəə Birjası – «Külək» MMC və «Hidayətoğlu Şirkətlər Qrupu» MMC-dir.

Nazirlər Kabineti Beynəlxalq Bankın problemli aktivlərinin satışı üçün 2016-cı il iyulun 22-də Müsabiqə Komissiyası yaradıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG