Savaşsız keçən bir il - Azərbaycanla Ermənistan sülhə nə qədər yaxındır?

Sizin brauzer HTML5-i dəstəkləmir

Avqustun 8-də Ağ evdə Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasından bir il ötür. Bir neçə gün öncə Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev deyib ki, Ermənistanda tezliklə yeni konstitusiyanın qəbulu prosesi başlayacaq: "Preambuladan Azərbaycana qarşı ərazi iddiaları çıxarıldıqdan sonra yekun sülh müqaviləsinin imzalanması üçün hər hansı bir problem görmürük". Keçmiş diplomat Nahid Cəfərov konstitusiya problemi həll edilsə belə, Azərbaycanın yeni şərtlərlə sülh prosesini ləngidəcəyini düşünür. N.Cəfərovun sözlərinə görə, avtoritar sistemlərdə "düşmən obrazı" idarəetmə üçün əlverişli alətdir və hər hansı bir millətə qarşı düşmən obrazı yaradılanda həmin cəmiyyət asanlıqla manipulyasiya edilə bilir.