Bakı ilə Yerevanın 'Sülh körpüsü' dumanlığa büründü – 'Tramp zəifləsə, gərginlik artacaq'

Sizin brauzer HTML5-i dəstəkləmir

Azərbaycan və Ermənistan ekspertlərinin "Sülh körpüsü" layihəsi çərçivəsində Yerevanda planlaşdırılan görüşü təxirə salınıb. AzadlıqRadiosunun erməni xidməti rəsmi Bakının "gərginlik azalana qədər" prosesi dayandırmaq istədiyini bildirir. Tərəflər gərginliyin konkret səbəbini açıqlamasalar da, yerli hökumətyönlü media bunu Ermənistanda aparılan genişmiqyaslı anti-Azərbaycan informasiya kampaniyası ilə əlaqələndirib.