Azərbaycanda araq satışı 12 faiz artıb — Həkim: 'Alkoqoliklər narkomanları 4 dəfə üstələyir'
Sizin brauzer HTML5-i dəstəkləmir
Azərbaycanda araq satışı 12 faiz artıb. Həkim-narkoloq Asif Kəngərlinin sözlərinə görə, son dövrlərdə alkoqolizmdən əziyyət çəkənlərin sayı kəskin çoxalıb: "Əvvəllər müraciət edən hər 10 xəstədən səkkizi narkoman, ikisi alkoqolik idisə, son iki-üç ildə vəziyyət tamamilə dəyişib. İndi hər 10 xəstədən yalnız ikisi narkoman, səkkizi isə alkoqol asılılığı olan şəxslərdir".