“Azərbaycan Hava Yolları” (AZAL) QSC və “Boeing” Korporasiyası noyabrın 12-də beş “B787-8 Dreamliner” və iki “B747-8F” (və ya B777F) təyyarələrinin alınması barədə razılığa gəliblər.
AZƏRTAC-ın xəbərinə görə, təyyarələrin alınması ilə bağlı sazişi "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov və “Boeing Commercial Airplanes”ın prezidenti Kevin Makalister imzalayıblar.
“Dubai Airshow 2017” beynəlxalq aerokosmik sərgisi çərçivəsində imzalanan sazişin dəyəri 1,9 milyard dollar həcmində qiymətləndirilir. Təyyarələrin gətirilməsi 2019-2020-ci illərə planlaşdırılır.
Buna da bax: Hava limanında azad iqtisadi zona yaradılacaq
“Azərbaycan Hava Yolları” QSC-nin ümumi marşrut şəbəkəsi 25 ölkədə 40 istiqamətdən ibarətdir. 2016-cı ildə “Azərbaycan Hava Yolları” 2 milyondan çox sərnişin daşıyıb.
Aviaşirkət "Boeing" korporasiyası ilə geniş əməkdaşlıq tarixinə malikdir. Hazırda "Boeing 787 Dreamliner", "Boeing 767" və "Boeing 757" təyyarələrini istismar edir.