Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 10:36

Hava limanında azad iqtisadi zona yaradılacaq


Beynəlxalq Hava Limanı

Heydər Əliyev Beynəlxalq Hava Limanında azad iqtisadi zona yaradılacağı bildirilir.

Bu haqda "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov bu gün, oktyabrın 10-da bildirib. O, Bakıda keçirilən “Caspian Air Cargo Summit 2017” VII Beynəlxalq konfransında çıxış edib.

AZƏRTAC-ın xəbərinə görə, C.Əsgərov deyib ki, layihənin icrasından ötrü qanunvericilik bazası, artıq təsdiq edilib. Hazırda onun icrası ilə bağlı tədbirlər planı hazırlanır.

Buna da bax:​ AZAL prezidenti həyat yoldaşı ilə müqavilə bağlayırsa... [araşdırma]

C.Əsgərov, həmçinin, AZAL-ın öz təyyarə parkını genişləndirməkdə olduğunu, hazırda 4 ədəd “Boeing 787 Dreamliner” və 2 ədəd “Boeing 747-8 F” tipli təyyarələrin alınması üzrə hazırlıq işlərinin aparıldığını qeyd edib.

Təyyarələrin alınmasına dair müqavilələrin bu ilin sonuna kimi imzalanacağı planlaşdırılır.

VII Beynəlxalq “Caspian Air Cargo Summit 2017” konfransında dünyanın bir çox şirkətlərinin rəhbərləri və əsas menecerləri iştirak edir.

Onlar yükdaşıma sahəsinin inkişaf yollarını müzakirə edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG