Avropa Parlamenti Azərbaycanı Dağlıq Qarabağda və ətrafında erməni mədəni irsinə qarşı münasibətinə görə tənqid edən qətnaməni qəbul edib.
Qətnamənin leyhinə 635, əleyhinə 2 səs verilib. 42 millət vəkili bitərəf qalıb.
Qətnamə layihəsində nələr vardı?
Bundan əvvəl verilən xəbərdə deyilirdi ki, Avropa Parlamentində Dağlıq Qarabağ və onun ətrafında mədəni irsin qorunub saxlanmasının mühümlüyünə dair yeni qətnamə layihəsinin təqdim olunduğu xəbər verilib.
Qətnamə layihəsində Azərbaycanın “Dağlıq Qarabağ və onun ətrafında erməni mədəni irsinin inkarı və silinməsi siyasəti” qətiyyətlə pisləniir.
Sənəddə vurğulanır ki, erməni milli irsinin silinməsi Azərbaycan hökumətinin sistematik, dövlət səviyyəsində ermənifobiya siyasətinin, ermənilərə qarşı tarixi təftişçilik və nifrət təbliğatının, zorakılığın tərənnüm edilməsinin və Ermənistan Respublikasına qarşı ərazi iddialarının bir hissəsidir.
Layihədə sözü gedən regionun zəngin mədəni irsinin olduğu vurğulanır və bütün ölkələrə bu irsin gələcək nəsillər üçün qorunub saxlanmasına çağırış edilir.
Bu da vurğulanır ki, Dağlıq Qarabağ regionundakı münaqişələr regionun “ümumi irsinin” dağıdılmasına, qarət və talan olunmasına, düşmənçilik və etimadsızlığın artmasına səbəb olub.
Qətnamə layihəsində habelə UNESCO-nun tarixi və mədəni irsin qorunmasındakı mərkəzi rolu təqdir edilir. Qeyd olunur ki, mədəni irsin qorunması və təbliğatı adamları yaxınlaşdırar, dialoqa yol açardı.
Sənəddə qeyd olunur ki, UNESCO-nun bölgəyə müstəqil ekspertlər qrupu göndərilməsi təşəbbüsü dəstəklənməlidir.
Sənəd Azərbaycanı bu qrupun regiona sərbəst girişinə şərait yaratmağa çağırır.
Habelə vurğulanır ki, Azərbaycan sözü gedən missiyanın bölgəyə səfərinədək tarixi abidələrə heç bir müdaxilə etməməlidir.
Buna da bax: Yerevan Bakını kilsələrin 'albanlaşdırılmasında' ittiham edirStatus məsələsi də var
Layihədə deyilir ki, regionun tarix-mədəniyyət abidələrinin qorunması məsələsinə ATƏT-in Minsk qrupu həmsədrlərinin egidası altında Azərbaycan və Ermənistan arasında, o cümlədən Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi danışıqları çərçivəsində baxılmalıdır.
Sənəddə Azərbaycan tərəfinə həmin vaxtadək “maksimalist məqsədlərdən, militarist yanaşmadan və Ermənistana ərazi iddialarından” çəkinmək çağırışı edilir.
Bundan başqa qətnamə layihəsi Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsinin ötən dekabrda qəbul olunmuş qərarına uyğun olaraq keçid tədbirlərinə riayət etməli olduğunu vurğulayır.
Sənəddə habelə Avropa İttifaqından Ermənistan və Azərbaycanla partnyorluğa dair sənədlərə tarixi və mədəni irsin qorunub saxlanması müddəasının da əlavə edilməsi rica olunur.
Avropa Parlamentinin qətnamə layihəsində Azərbaycan və Ermənistan hökumətlərinə beynəlxalq birliyin dəstəyi ilə mədəni irsin qorunması da daxil baş vermiş beynəlxaql qanun pozuntularının araşdırmaları üçün çağırış edilir.
Bu da qeyd olunmalıdır ki, qətnamənin preambulasında erməni tərəfinin iddia etdiyi bəzi kilsə və başqa tarixi abidələrin adları çəkilsə də, qətnamənin qərar hissəsində ayrıca və konkret olaraq heç bir abidənin adı çəkilmir.
Avropa Parlamentinin qərarları icra üçün icbari deyil və yalnız tövsiyə xarakteri daşıyır.
Sizin brauzer HTML5-i dəstəkləmir
Qarabağda silah səsləri- Bakının Rusiya sülhməramlılarına etirazları nə nəticə verə bilər?
Azərbaycan XİN daha əvvəl çıxış etmişdi
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bir ay əvvəl oxşar məsələlərlə bağlı açıqlama vermişdi.
Onun qeyd etməsinə görə, Ermənistan 30 ilə yaxın bir müddətdə Azərbaycanın ərazilərinin bir hissəsini hərbi işğal altında saxlayaraq doqquz şəhəri və yüzlərlə kəndi yer üzündən silib:
"Ermənistan işğal altında saxladığı ərazilərdə törətdiyi məqsədyönlü dağıntıları gizlətmək üçün onilliklər ərzində bu ərazilərə UNESCO missiyasının səfərinin qarşısını alıb. Bu fakt YUNESKO-nun 2005-ci ildə dərc etdiyi fəaliyyət hesabatında aydın şəkildə əks olunub".
Abdullayevanın vurğulamasına görə, eyni zamanda, Ermənistan öz ərazisindəki Azərbaycan mədəni irsini tamamilə məhv edib:
"Bütün bu qeyd edilənlər fonunda, görünür, Ermənistan XİN Azərbaycan Mədəniyyət Nazirliyinin bəyanatından yalan çıxarışlar edərək öz qeyri-qanuni əməllərini pərdələmək məqsədi güdür. Lakin qonşu ölkənin rəsmi qurumu unudur ki, Ermənistandan fərqli olaraq, Azərbaycan tarixi-mədəni irsinə dini və etnik zəmində ayrıseçkilik etmir".