Milli Məclisin İntizam Komissiyasının bu gün, dekabrın 27-si iclası olub.
Bu barədə parlamentin saytı xəbər yayıb.
Xəbərə görə, iclasda çıxış edən Astan Şahverdiyev bu məsələ ilə əlaqədar mətbuata açıqlama verərək, səhvini başa düşdüyünü, ölkə daxilində, xaricdə yaşayan bütün azərbaycanlılardan, xalqdan üzr istədiyini söyləyib.
Buna da bax: A.Şahverdiyev: 'Fikirlərimi düzgün ifadə etməmişəm'
“İntizam komissiyasının bütün üzvləri çıxış edərək millət vəkilinin müsahibəsində işlətdiyi ifadələrin qəbuledilməz olduğunu bildirdilər.
İclasın sonunda İntizam komissiyasının adından deputata tövsiyə olundu ki, o, gələcəkdə belə məsələlərlə əlaqədar fikir bildirdikdə, məsuliyyətli olsun və müsahibəsində işlətdiyi ifadələrə görə xalqdan üzr istəsin.
Astan Şahverdiyev səslənən irad və fikirləri, İntizam komissiyasının qərarını qəbul edərək bu hərəkətinə görə, xalqdan bir daha üzr istədiyini ifadə etdi. Gələcəkdə belə hərəkətlərə yol verməyəcəyini vurğuladı” - deyə məlumatda qeyd edilir.
Buna da bax: Diaspor təşkilatları da etirazlara qoşuldu
XATIRLATMA
Dekabrın 22-si Cəbrayıl rayonundan olan köçkünlərin məskunlaşdığı qəsəbələrdə elektrik enerjisinin kəsilməsinə etiraz olaraq aksiya keçirilib. Bu zaman polislə aksiya iştirakçıları arasında toqquşma baş verib.
Həmin qəsəbə sakinlərinin rəsmilərlə görüşündən qayıdan deputat Azadlıq Radiosuna müsahibəsində onların ünvanına ağır ifadələr işlədib. Aksiyanı içkili, nəşəli, azğın insanların əməli kimi dəyərləndirən deputat Rusiyaya işləməyə gedənləri də «cəmiyyətin tör-töküntüsü» adlandırıb.
Buna da bax: Prezidentin köməkçisi də Şahverdiyevin dediklərinə reaksiya verdi
Deputat dekabrın 27-si səhər Moderin.az saytına müsahibəsində, artıq xalqdan üzr istəmişdi.
«Mən Astan Şahverdiyev, dekabrın 24-ü AzadlıqRadiosu-na verdiyim açıqlama və müxtəlif saytlarda yerləşdirilmiş materiallarda göstərilən məsələlərlə bağlı səhvimi başa düşürəm. Ölkə daxilində, xaricdə yaşayan bütün azərbaycanlılardan, xalqımdan üzr istəyirəm» - deyə o qeyd edirdi.
Xaricdə yaşayan azərbaycanlılar isə Astan Şahverdiyevə müraciət etməkdə davam edirlər.
Buna da bax:
Sizin brauzer HTML5-i dəstəkləmir
Rusiyada işləyən azərbaycanlı Astan Şahverdiyevə cavab verir