Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 13:07

Prezidentin köməkçisi də Şahverdiyevin dediklərinə reaksiya verdi


Əli Həsənov
Əli Həsənov

“Azərbaycan prezidentinin və dövlətinin xaricdə yaşayan soydaşlarımızla bağlı mövqeyi birmənalıdır və bu yanaşmada həmvətənlərimizin fəaliyyətinə yüksək qiymət öz əksini tapıb”.

Bu sözləri xarici ölkələrdə yaşayan azərbaycanlılara yanaşma ilə bağlı ictimai müzakirələrə münasibət bildirərkən prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Buna da bax:​ Ziyafət Əsgərov: “Hər bir deputat dediyi fikrə görə məsuliyyət daşıyır”

APA-nın xəbərinə görə, prezidentin köməkçisi qeyd edib ki, mərhum prezident Heydər Əliyev ölkədən kənardakı azərbaycanlılara böyük dəyər verib.

“Prezident İlham Əliyev də ümummilli liderin xaricdə yaşayan soydaşlarımızla bağlı həyata keçirdiyi siyasətə həmişə sadiqliyini nümayiş etdirir”, deyən Əli Həsənov ayrı-ayrı şəxslərin mövqeyinin dövlətin mövqeyi yox, fərdi mövqe olduğunu ifadə edib.

“Hər hansı şəxsin xaricdə yaşayan azərbaycanlılarla bağlı fikirləri yalnız onun öz düşüncəsinin məhsulu olub fərdi mövqeyini ifadə edir. Bununla bağlı məsuliyyəti də bilavasitə o özü daşıyır”, o, qeyd edib.

Buna da bax:​ Diaspor təşkilatları da etirazlara qoşuldu

Prezidentin köməkçisi ad çəkməsə də onun açıqlamasının iki gün əvvəl Rusiyada məskunlaşan azərbaycanlılara xitabən aşağılayıcı ifadələr istifadə edən deputat Astan Şahverdiyevlə bağlı olduğu güman edilir.

Dekabrın 22-si Cəbrayıl rayonundan olan köçkünlərin məskunlaşdığı qəsəbələrdə elektrik enerjisinin kəsilməsinə etiraz olaraq aksiya keçirilib. Bu zaman polislə aksiya iştirakçıları arasında toqquşma baş verib.

Həmin qəsəbə sakinlərinin rəsmilərlə görüşündən qayıdan deputat AzadlıqRadiosu-na müsahibəsində onların ünvanına ağır ifadələr işlədib. Aksiyanı içkili, nəşəli, azğın insanların əməli kimi dəyərləndirən deputat Rusiyaya işləməyə gedənləri də «cəmiyyətin tör-töküntüsü» adlandırıb.

Buna da bax:​ A.Şahverdiyev: 'Fikirlərimi düzgün ifadə etməmişəm'

O, sonradan moderin.az saytına müsahibəsində deyib ki, ehtiyatsızlıq üzündən işlətdiyi ifadəyə görə insanları incitməsindən təəssüflənir: «Mən çox təəssüf edirəm ki, ehtiyatsız deyilmiş söz insanları bu qədər incidib. Mən bilməzdim ki, bu ifadə cəmiyyətdə bu qədər rezonans yaradacaq».

Rusiyada aşpaz işləyən Xalidə Qasımova Astan Şahverdiyevə belə cavab verir

Rusiyada işləyən azərbaycanlı Astan Şahverdiyevə cavab verir
Gözlə

No media source currently available

0:00 0:03:22 0:00

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG