AŞPA prezidenti Bakıya ön şərt qoydu: 'Tanınmış siyasi məhbusları azad edin'
Sizin brauzer HTML5-i dəstəkləmir
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Petra Bayr AzadlıqRadiosuna müsahibə verib. Müsahibədə uzun müddətdir gərgin qalan Azərbaycan-AŞPA münasibətlərinin mövcud vəziyyətini təhlil etməyə və gələcək gözləntilərə işıq salmağa çalışmışıq: "Fikrimcə, Azərbaycan rəhbərliyi siyasi kursunda heç bir dəyişiklik etmədən Avropa qurumlarının onları yenidən qucaq açıb qarşılayacağını gözləyir. Bu, baş verməyəcək".