ABŞ-da polislərin bir gəncin ölümünə səbəb olan hərəkətlərini əks etdirən videonun yayılmasından sonra minlərlə amerikalı zorakılığa etiraz olaraq küçələrə çıxıb.
Məlumata görə, Tennessi ştatının Memfis şəhərində polislər ehtiyatsız avtomobil idarəetmə ittihamı ilə saxladıqları 29 yaşlı Tayr Nikolsu ölənə qədər döyüblər.
Buna da bax: Floydun ölümünə görə keçmiş polis 22,5 il azadlıqdan məhrum edilibQətldə ittiham olunan beş polisin artıq işdən uzaqlaşdırıldığı bildirilir.
Məlumatda vurğulanır ki, polislər 29 yaşlı qaradərili Nikolsu yanvarın əvvəlində “ehtiyatsız idarəetmə”ya görə saxlayıblar. Amma sonra polis departamentinin rəisi "ehtiyatsız idarəetmə"nin olmadığını bildirib.
Memfis polisi Nikolsun ölümü ilə bağlı ümumilikdə dörd video yayıb. Həmin videolarda polislərin Nikolsun bədəninə o cümlədən başına dəyənək, yumruq və təpiklə necə vurduğu görünür.
Asfalta uzanmış Nikolas həmin vaxt anasını çağırır. Videoda əlləri qandallı olan gəncin təhlükə yaratmadığı halda başına polislərin iki dəfə təpiklə vurduğu görünür. Polislərdən heç biri Nikolasa yardım üçün cəhd etmir.
Buna da bax: Polisin 13 yaşlı oğlanı güllələməsinin videosu yayılıbO da qeyd olunur ki, Nikols ağır xəsərətlər yetirilməsindən yarım saat sonra xəstəxanaya çatdırılıb və üç gün sonra vəfat edib. Ailə vəkilinin verdiyi məlumata görə, Nikolas qanaxmadan ölüb.
Nikolsun qətli ilə bağlı videoların yayılmasından sonra minlərlə amerikalı polis zorakılığına etiraz etmək üçün küçələrə axışıb. Növbəti genişmiqyaslı aksiyaların Memfis, Vaşinqton, Nyu-York da daxil olmaqla ABŞ-ın digər böyük şəhərində keçirilməsi planlaşdırılır.