Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:15

Polisin 13 yaşlı oğlanı güllələməsinin videosu yayılıb


Minnesotada etirazlar
Minnesotada etirazlar

Çikaqo Polis Departamenti vebsaytında videonun bir hissəsini paylaşıb, Stilman atəş açmazdan bircə saniyə öncə Toledonun sağ əlində silah olmasına diqqət çəkib

Çikaqonun hakim orqanları aprelin 15-də 13 yaşlı oğlanı polisin güllələməsinin polis kamerasına düşmüş qrafik videosunu yayıb.

Videoda oğlanın tapançanı yerə ataraq əllərini yuxarı qaldırdığı, polisin isə ona atəş açdığı görünür.

Videoda polis əməkdaşı Erik Stilmanın martın 29-gecə 3-ün yarısında Çikaqonun Qərb sahilindəki Meksika məhəlləsində Adam Toledonun arxasınca qaçdığı görünür.

Mer polis zorakılığından danışıb

Stilman Toledoya əmr edir ki, dayanıb əllərini qaldırsın, Toledo bunu edəndə isə Stilman bircə atəşlə onu sinəsindən vurur.

Mer Lori Laytfut videogörüntünü “əzabverici” adlandırır, amma sakinlərdən xahiş edib ki, mühakimə etməyib təmkinli davransınlar. O, şəhərdə polis zorakılığı və davranışındakı qüsurları da pisləyib.

“Çikaqoda, ölkəmizin bir çox yerlərində olduğu kimi, polisin zorakılığı və düzgün davranmaması özəlliklə qara və tünd dərili sakinlərimizi daimi qorxu və əzab içində saxlayıb”, – Laytfud deyib.

Çikaqonun mərkəzində bəzi bizneslər iğtişaşlar gözləntisi ilə pəncərələri lövhələrlə örtüb. Etirazçılar şəhərin əsas küçəsində dinc yürüş ediblər, aprelin 16-da daha böyük nümayiş olacağını bildiriblər.

Polisin arqumenti

Çikaqo Polis Departamenti vebsaytında videonun bir hissəsini paylaşıb, Stilman atəş açmazdan bircə saniyə öncə Toledonun sağ əlində silah olmasına diqqət çəkib.

Toledo ailəsinin vəkili Adina Veis Ortis mətbuat konfransında deyib ki, Toledo Stilmanın göstərişlərinə əməl edərək silahı yerə atıb və çevrilib.

“Polisin yetərincə vaxtı olub-olmadığını bilmirəm. Bildiyim odur ki, polisə silahsız şəxsə atəş açmamaq üçün təlim keçirlər”, – o deyib.

Stilman üzərinə inzibat məsuliyyət qoyulub. Yeddinci sinif şagirdi olan Toledo son illər Çikaqo polisi tərəfindən öldürülmüş ən gənc şəxsdir.

Etirazlar davam edir

Videonun yayıldığı dönəmdə Minneapolis şəhərində afroamerikalı Corc Floydun ölümünə görə ittiham olunan polisin məhkəməsi gedir. Aprelin 15-də məhkəmədə şahid ifadələri başa çatıb.

Floydun ölümü Birləşmiş Ştatlarda etiraz dalğasına səbəb olub.

Bu həftə Minneapolis yaxınlığında polis tərəfindən daha bir nəfər öldürülüb. Ağdərili polis əməkdaşı Kimberli Potter aprelin 15-də adamöldürmə ittihamıyla məhkəmə önünə çıxarılıb.

O, 20 yaşlı qaradərili Dont Raytı öldürməkdə təqsidləndirilir. Təqsiri sübuta yetirilsə Potter 10 il həbs cəzasına və 20 min dollar cərimə ödəməyə məhkum edilə bilər.

Aprelin 14-də yüzlərlə etirazçı dördüncü gecə polis qərargahı qarşısına yığışıb. Azı 10 nəfərin saxlandığı bildirilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG