Çeçenistan liderinin oğlu Adəm Kadırov avtomobil qəzasından sonra Qroznıdakı xəstəxanaya çatdırılıb. Bu barədə "Kavkaz.Realii" iki mənbəyə və müxalif Telegram-kanallara istinadən xəbər verir.
"Niyso" müxalif çeçen hərəkatının məlumatına görə, Kadırovun korteji yüksək sürətlə hərəkət edərkən qəfildən maneə ilə qarşılaşıb: "Maşınlar bir-birinə çırpılmağa başlayıb, xəsarət alanların çox olduğu barədə məlumatlar var, amma təlaş məhz Adəmə görədir".
"Fortanqa" kiçik Kadırovun təcili olaraq Moskva xəstəxanasına aparıldığını bildirir.
18 yaşlı Adəm Çeçenistan lideri Ramzan Kadırovun ən məşhur övladlarından biridir. 2023-cü ilin sentyabrında Kadırov o vaxtlar 15 yaşlı Adəmin Quranı yandırmaqda ittiham olunan Nikita Juraveli istintaq təcridxanasında döydüyünü göstərən video yayımlamışdı.
Bundan sonra kiçik Kadırov yüksək vəzifələr və mükafatlar almağa başlayıb. A.Kadırov habelə Çeçenistan Təhlükəsizlik Şurasının katibi və respublika Daxili İşlər Nazirliyinin kuratorudur.
Sizin brauzer HTML5-i dəstəkləmir
Xəstə olduğu deyilən Kadırov oğluna vəzifə verdi