İranda 128 faiz bahalaşma: Trampın iqtisadi müharibəsi Tehranı çökdürür?

Sizin brauzer HTML5-i dəstəkləmir

Bəzi təhlilçilərin fikrincə, Tehran elə hesab edir ki, Hörmüz boğazından neft nəqlinin dayanması və benzinin bahalaşması ABŞ-də inflyasiyanı sürətləndirəcək və bu da Tramp administrasiyası üçün siyasi problem yaradacaq. Ancaq bu müqavimət İran iqtisadiyyatına ağır zərbə vura bilər. Digər tərəfdən, Ağ evin tələblərini qəbul etmək təzyiqlər qarşısında təslim olmaq kimi görünə bilər. Göründüyü kimi, Tehran olduqca çətin bir dilemma ilə üz-üzədir.