ABŞ ilə münaqişə İran iqtisadiyyatını necə sarsıdır

Sizin brauzer HTML5-i dəstəkləmir

Martın sonunda İsfahandakı Mübarəkə Polad Şirkəti fəaliyyətini dayandırıb. Polad sənayesi İran iqtisadiyyatının onurğa sütunu sayıldığı üçün bu dayanma ölkənin valyuta gəlirlərinə ağır zərbə kimi qiymətləndirilir. Müəssisədə istehsalın dondurulması nəticəsində minlərlə işçi müddətsiz məzuniyyətə göndərilib. Bu hadisə zəncirvarı təsir göstərərək "Mübarəkə"dən asılı olan digər onlarla köməkçi müəssisənin də qapanmasına gətirib çıxara bilər.