Holokostu inkar etdiyi deyilən professorla bağlı təhqiqat aparılır

Ausviştz düşərgəsi

Yanvarın 21-də bir mühazirəçi vebinar zamanı 2-ci Dünya müharibəsində holokostu “mif” və “uydurma” adlandırıb

Rusiyanın ikinci böyük şəhəri olan Sankt Peterburqda holokostu açıq şəkildə inkar etdiyi bildirilən universitet professoru ilə bağlı təhqiqat aparılır.

Leninqrad regional prokurorluğunun martın 25-də bildirməsinə görə, yanvarın 21-də bir mühazirəçi vebinar zamanı 2-ci Dünya müharibəsində holokostu “mif” və “uydurma” adlandırıb. İlkin təhqiqat əsasında araşdırma başlanıb.

Buna da bax: Şoyqunun müşaviri ‘mental’ müharibədən danışır

Bəyanatda professorun adı açıqlanmır. Amma “Exo Moskvı” radiosunun Sankt Peterburqdakı baş redaktoru Valeri Neçay yanvarın əvvəlində deyirdi ki, sözügedən vebinarı Sankt Peterburq Dövlət İqtisad Universiteti və Rusiya Milli İqtisadiyyat və Dövlət İdarəçiliyi Akademiyasının professoru Vladimir Matveyev keçirib.

Neçay “Novıye Koltuşi” onlayn media müxbirlərinin vebinardan götürülmüş videoya istinad edib. Matveyev deyibmiş ki, müharibə vaxtı öldürülmüş yəhudilərin sayı “şişirdilib”, belə bir qənaətini açıqlayıb ki, “yəhudilərin soyqırımı”na Holokost demək olmaz.

Buna da bax: Navalnının vəziyyəti ‘qənaətbəxşdir’

Mühazirənin məqsədi müəllimləri Holokost tarixi və Qırmızı Ordunun 1945-ci ildə Auşvitz həbs düşərgəsində məhbusları azad etməsi üzrə dərslərə hazırlamaq olub.

Yanvardakı qalmaqaldan sonra Matveyev universitetlərdən çıxarılıb. Hazırda onunla bağlı 2014-cü ildə qəbul olunmuş, nasizmin dirçəlişinə qarşı qanun üzrə təhqiqat aparılır. Təqsirli bilinərsə, beş ilədək həbsə məhkum edilə bilər.