Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 09:16

Şoyqunun müşaviri ‘mental’ müharibədən danışır


Rusiya müdafiə naziri Sergey Şoyqunun müşaviri Andrey İlnitski deyib ki, Qərb, ABŞ başda olmaqla Rusiyaya qarşı “mental müharibə” aparır.

O “Arsenal oteçestva” jurnalına müsahibəsində bunu da bildirib ki, Qərb ölkələri nüvə silahı və müasir orduya görə Rusiya ilə birbaşa hərbi konfrontasiyadan qaçırlar.

İlnitski hesab edir ki, birbaşa hərbi qarşıdurmanın ehtimalı yaxın 10 il üçün istisna edilməlidir:

"Bütün bunlar yeni tip müharibələrin yaranmasına səbəb olur. Əgər klassik müharibələrdə məqsəd düşmənin canlı qüvvəsini məhv etməkdirsə, müasir kibermüharibələrdən məqsəd düşmənin infrastrukturunu dağıtmaqdır. Amma yeni müharibənin məqsədi düşmənin özünüdərkini, onun mental – sivilizasiya əsaslarını sarsıtmaqdır. Mən bu tip müharibəni “mental” adlandırardım”.

İdeoloji kadrların yetişdirilməsi

Nazir müşavirinin daha sonra dediklərindən belə anlaşılır ki, o, əslində “mentalitet müharibəsini” nəzərdə tutur:

"Bu “mental müharibənin” nəticvələri dərhal deyil, azı bir nəsildən sonra və artıq buna qarşı nə isə etmək mümkün olmayanda üzə çıxır”.

“Mental” adlandırdığı müharibəyə müqavimət tədbirlərindən danışan İlnitski “internetin suverenləşdirilməsindən, hərbi və mülki sahələrdə informasiyaya əks-təsir üçün kadrların yetişdirilməsindən, gənclər siyasətinin yenidən qurulmasından və “mühafizəkar çoxluqla” fəal və geniş dialoqdan söz açıb.

Rusiyanın qorxu-hürküləri

Fevralın sonlarında Rusiya prezidenti Vladimir Putin demişdi ki, beynəlxalq səviyyədə Rusiyanı “xarici nəzarət altına salmaq, daxili sabitsizlik yaratmaq və beləliklə də onun inkişafını buxovlamaq istəyirlər”.

Kremldə bildirirdilər ki, Rusiya ilə Sputnik V vaksini sahəsində əməkdaşlıq etmək istəyən ölkələrə “misilsiz təzyiq” göstərilir.

Rusiya MSK-nın sədri Ella Pamfilova demişdi ki, ABŞ Rusiyada qarşıdan gələn seçkiyə müdaxilə etmək istəyəcək.

Xarici işlər naziri Sergey Lavrov isə hesab edir ki, Rusiya tədricən “Qərb tərəfindən idarə olunan” ödəniş sistemindən və dollarla hesablaşmadan çıxmalıdır.

Keçmiş baş nazir Dmitri Medvedev deyib ki, Rusiya dünya internetindən tamamilə çıxarılacağına hazır olmalıdır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG