2 milyon dollar Həcc pulu 'mənimsənilib'

Maksatbek Hacı Toktomuşova azadlıq tələb edirlər

Həm də Qırğızıstan Dini İdarəsinin rəhbəri olan Toktomuşov fevralın 10-da istefa vermişdi

Qırğızıstanın Böyük Müftisi Maksatbek Hacı Toktomuşov korrupsiya qalmaqalı çərçivəsində saxlanıb.

Dövlət Milli Təhlükəsizlik Komitəsinin (DMTK) fevralın 10-da bildirməsinə görə, Toktomuşov dindarların Həcc ziyarəti üçün verdikləri pulların mənimsənilməsində əli olmaqda şübhəli bilinir.

Buna da bax: Keçmiş baş nazir saxlanıb

Müftinin buraxılmasını tələb edirlər

Toktomuşovun onlarla tərəfdarı fevralın 10-da axşam komitənin Bişkekdəki qərargahı qarşısında yürüş keçirərək müftinin buraxılmasını tələb edib.

Həm də Qırğızıstan Dini İdarəsinin rəhbəri olan Toktomuşov fevralın 10-da istefa vermişdi.

İdarənin mətbuat xidmətindən AzadAvropa/AzadlıqRadiosu-na verilən məlumata görə, yeni təyinatacan onun vəzifəsini müavini icra edəcək.

Buna da bax: Keçmiş prezident şahid kimi məhkəməyə çağrılıb

DMTK fevralın 10-da bildirib ki, idarənin baş mühasibi dindarlardan yığılmış 2 milyon dollara yaxın vəsaitdən sui-istifadədə şübhəli bilinərək saxlanıb.

Komitə mühasibin bir gün öncə, idarə rəsmisinə rüşvət verərkən saxlandığını iddia edir

İdarənin mətbuat xidməti isə məhkəməyədək məsələni şərh etməyəcəyini açıqlayıb.

6 milyon əhalisi olan Qırğızıstan əsasən sünni müsəlman ölkəsi hesab olunur.