Keçid linkləri

Təcili xəbərlər
2021, 07 Mart, bazar, Bakı vaxtı 04:26

Keçmiş prezident şahid kimi məhkəməyə çağrılıb


Sooranbay Jeenbekov

Qırğızıstanın keçmiş prezidenti Sooranbay Jeenbekov keçmiş baş nazir müavini Duişenbek Zilalievlə bağlı korrupsiya işi üzrə şahid kimi məhkəməyə çağırılıb. Jeenbekov ötən oktyabrda hökumətə qarşı kütləvi etirazlar nəticəsində istefa verib.

Zilalievin vəkili Taalaygül Toktakunova deyib ki, keçmiş prezident Bişkek Şəhər Məhkəməsinə yanvarın 28-də çağırılıb. Amma o, xələfi Sadır Japarovun andiçmə mərasiminə qatıldığından gedə bilməyib.

Məhkəmə indi fevralın 3-də keçiriləcək apelyasiya məhkəməsində keçmiş prezidentin ifadə verməsini istəyir, vəkil bildirib.

2018-ci ilin sonunda həbs olunan Zilaliev qanunsuz varlanmada təqsirli bilinərək oktyabrda 9 illik həbsə məhkum edilib. Müstəntiqlər onun Bişkek bankındakı əmanət qutusunda 1 milyon dollar nağd pul aşkarlandığını deyirlər.

Vəkilin sözlərinə görə, Zilaliev müstəntiqlərə deyib ki, pul ona yox, 2017-ci ilin dekabrında prezident seçilmiş Jeenbekovun seçki qərargahına məxsus olub. “Jeenbekov o zaman prezident olduğundan dindirilməyib. İndi isə sıravi vətəndaşdır və dindirilə bilər”, – Toktakunova söyləyib.

Hələlik, nə Jeenbekov, nə də vəkilləri iddiaları cavablandırıb.

XS
SM
MD
LG