Dünya üzrə səhiyyə rəsmiləri və şirkətləri adamlara xəbərdarlıq edirlər ki, dezinfeksiya məhsullarını qəbul eləməsinlər. Bundan öncə ABŞ Prezidenti Donald Trump tədqiqatçılardan soruşub ki, dezinfeksiya vasitələrinin koronavirusa təsirini yoxlamaq üçün onları insanın bədəniyə iynəylə vurmaq olarmı.
“Lysol” dezinfeksiya maddəsini hazırlayan Reckitt Benckiser şirkəti aprelin 24-də bildirib ki, bu maddələrin tədqiqatlarda, yaxud virusun müalicəsində istifadəsi haqda “son spekulyasiyalar”la bağlı məsuliyyət daşıyır.
Xəbərdarlıq
Şirkət bildirir ki, “heç bir halda bizim dezinfeksiya məhsulları insan bədəninə (inyeksiya, udma, yaxud başqa yolla) yeridilməməlidir”, – Trump-ın çıxışından bir neçə saat sonra yayılmış bəyanatda deyilir.
Buna da bax: Bill Gates: testi evdə də aparmaq olar – Qərb mediasıDezinfeksiya məhsulları zəhərlidir və adətən üstlərinə yapışdırılmış xəbərdarlıqda müştərilərə deyilir ki, kimyəvi maddəni nəinki udmasınlar, hətta xarici təmasdan belə qaçsınlar.
Trump Ağ evdə keçirilən brifinqdə sual edib ki, görəsən dezinfeksiya məhlulunu inyeksiya ilə bədənə yeritməklə, yaxud təmizləməklə yoxlamaq olarmı. Prezident daha sonra başını göstərərək “mən həkim deyiləm” söyləyib.
Daxili Təhlükəsizlik rəsmisi Trump-a onun laboratoriyasında belə bir ehtimalın araşdırılmadığını söyləyib. Prezident ona “ola bilər alınsın, ola bilər yox” sözlərilə cavab verib.
“Xahiş edirik, hər hansı dezinfeksiyaedicini bədəninizə yeritməyin”, – Vaşinqton ştatının Fövqəladə Menecment Departamenti tvitində yazıb.
“Sizə #COVID19-la bağlı kömək lazımdırsa, https://coronavirus.wa.gov.-da xeyli resurslarımız var. Vəziyyəti daha da pisləşdirməyin”, - tvitdə deyilir.
Gün şüası virusu öldürür
Aparıcı ABŞ rəsmisi isə reportyorlara deyib ki, yeni koronovirus gün işığında sürətlə məhv olur. Bunu yeni araşdırma ortaya qoyub.
Daxili Təhlükəsizlik Departamenti katibinin elm və texnologiya üzrə müşaviri William Bryan-ın sözlərimə görə, alimlər ultrabənövşəyi şüaların virusa təsirini aşkarlayıblar.
“Günəş şüası virusu həm səthlərdə, həm də havada öldürür”, – o söyləyib.
Bryan belə bir qənaətini bölüşüb ki, yay gəlincə “virusun yayılmasının azalması üçün şərait yaranacaq”.
Amma o, xəstəliyin heç də tamamilə aradan qalxmayacağı, sosial məsafə qaydalarının tam qaldırılmaması ilə bağlı xəbərdarlıq edib.