Buttigieg seçki yarışından çəkilir

Pete Buttigieg əri Chasten Buttigieg ilə

Pete Buttigieg Cənubi Karolina ştatında ağır məğlubiyyətdən sonra Demokrat Partiyasından prezidentliyə namizədlik yarışından geri çəkilib. O, İndiana ştatında kiçik bir şəhərin keçmiş meri, prezidentlik yarışmasına qatılan ilk açıq namizəd idi.

Ayova ştatında kokus seçkisində qalib gələn Buttigieg Nyu Hempşirdə senator Bernie Sandersdən sonra ikinci olmuşdu.

“Yarışmanın indiki məqamında bu məqsəd və ideallara inamı saxlamağın ən yaxşı yolu kənara çəkilərək partiyamızın və ölkəmizin birliyini qorumaqdır”, – Buttigieg İndianadkı Saut Bend şəhərində tərəfdarlarına deyib.

“Bu gecə prezidentlik uğrunda kampaniyamı dayandırmaqla bağlı çətin bir qərar verirəm”, – o deyib.

Buna da bax: Demokratlar Bloomberg-ə qarşı

Fevralın 29-da Cənubi Karolinada keçirilən praymerizdə Buttigieg cəmi 8,2 faiz səs yığaraq Sanders və keçmiş vitse-prezident Joe Biden-dən xeyli geri qalıb.

Qaradərili seçicilər onu dəstəkləmirdi

38 yaşlı keçmiş mer böyük koalisiya yaratmağa çalışsa da, demokratların əsas qüvvəsi sayılan qaradərili seçicilər arasında böyük dəstək qazana bilməyib.

20-dən artıq demokrat namizəd içində ən gənci sayılan Buttigieg kampaniyanın əvvəlində ən çox vəsait yığan idi, Ayova və Nyu Hempşirdə qəfil güclü perfomans da buna bağlıydı. İlk dörd ştatda o, 26 nümayəndə qazanıb.

Martın 3-də isə Böyük Çərşənbə axşamıdır, 15 ştat və bir ərazidə praymeriz seçkisi keçiriləcək. Keçmiş merin yarışmadan çəkilməsi isə Joe Biden və milyarder Mike Bloomberg daxil digər mötədil namizədlərin şansını artmış olur.

Buttigieg xəbərdarlıq edib ki, Demokratlardan indilik öndə gedən Sanders namizəd olarsa, bu, Prezident Donald Trump-ın daha dörd il hakimiyyətdə qalması deməkdir. Amma Buttigieg seçki yarışında kimi dəstəkləyəcəyini açıqlamayıb.

İndi demokratlardan namizəd olmaq uğrunda mübarizə aparanların sayı 6-ya düşüb – Biden, Sanders, Bloomberg, Elizabeth Warren, Amy KlobucharTulsi Gabbard. Milyarder Tom Steyer fevralın 29-da yarışmadan geri çəkildiyini elan edib.

Kampaniyaya gec qoşulmuş Bloomberg-in adı martın 3-də ilk dəfə bülletendə olacaq.