Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:13

Demokratlar Bloomberg-ə qarşı


Mike Bloomberg seçki tədbirində
Mike Bloomberg seçki tədbirində

Demokratlar milyarder rəqibləri Mike Bloomberg-i onun elə ilk debatındaca hədəfə alıblar. 78 yaşlı milyarderin ilk debatında irq və genderlə bağlı keçmiş bəyanatları yada salınıb.

Debat fevralın 19-da Las Veqasda keçirilib. Fevralın 22-də isə Nevadada praymeriz seçkisidir. Bu artıq üçüncü praymeriz səsverməsidir, Prezident Donald Trump-ın demokratlardan kiminlə üz-üzə gələcəyi müəyyənləşdirilir.

Bloomberg bu praymerizə qatılmır. Onun reklama böyük pullar xərcləməsi nəticəsində rəy sorğularında ilk altı namizəd sırasına yüksəldiyi bildirilir.

Keçmiş respublikaçı Bloomberg seçki prosesinə gec qoşuldu. O, “Bloomberg News” holdinqini təsis edərək ona başçılıq edib, amma siyasi karyerası müddətində rəhbərlikdən kənara çəkilib. Bloomberg üç dönəm Nyu York şəhərinin meri kimi də çalışıb.

5 milyonadək qaradərili kişi...

Vermontdan senator Bernie Sanders Bloomberg-in Nyu Yorkun meri olarkən yürütdüyü siyasəti tənqid edib, onun “afrikan və latın amerikalıları biabırçı şəkildə” hədəfə aldığını bildirib.

Massaçusetsdən senator Elizabeth Warren deyib ki, Bloomberg “adamları piy parçası və atsifət lezbianlar adlandıran milyarderdir”, onun keçmişdə söylədiyi deyilən fikirlərə istinad edib.

Keçmiş vitse-prezident Joe Bidenin sözlərinə görə, Bloomberg-in Nyu Yorkda yürütdüyü “saxlayaraq üstünü axtarmaq” siyasəti “5 milyonadək qaradərili kişinin divara dirənməsi” ilə nəticələnib.

Prezident Barack Obama dönəmində vitse-prezident olmuş Biden vaxtilə namizədliyə iddialılar içində favorit sayılırdı, amma indi namizədliyini ayaqda saxlamağa çalışır, ötən iki praymerizdə yaxşı nəticə göstərməyib.

İndianada Saut Bend şəhərinin keçmiş meri Pete Buttigieg və Minnesotadan senator Amy Klobuchar da debata qatılıblar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG