Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Respublika Narkoloji Mərkəzdə baş verən faciəli yanğınla bağlı açılan cinayət işi haqqında məlumat yayılıb.
Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma, ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb. Hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə ekspertizalar təyin edilib.
Buna da bax: Narkoloji dispanserdə yanğın. Prezident hadisə yerinə getdi [video]
Məlumatda vurğulanır ki, Baş Prokurorluq, daxili işlər və fövqəladə hallar nazirliklərinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu təxirəsalınmaz tədbirlərini davam etdirir.
Baş Prokurorluq bildirir ki, hadisə ilə bağlı “Qaynar xətt” yaradılıb.
Hadisə nəticəsində zərər çəkmiş şəxslərin qohumları və hadisənin şahidləri onları maraqlandıran məsələlərlə bağlı “Qaynar xətt” ilə əlaqə saxlaya bilərlər.
Buna da bax:
Sizin brauzer HTML5-i dəstəkləmir
25 nəfərin ölümünə səbəb olan yanğın
Xatırlatma
Martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində səhər saatlarında yanğın baş verib. Yanğın nəticəsində 25 nəfər həlak olub, 3 nəfər xəstəxanaya yerləşdirilib. Hüquq-mühafizə orqanları bildiriblər ki, yanğına elektrik naqillərində qısaqapanma səbəb olub.