Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:35

Narkoloji Dispanserdə yanğın. Prezident hadisə yerinə getdi [Video]


Narkoloji Dispanserdə yanğın görüntüləri
Gözlə

No media source currently available

0:00 0:01:25 0:00

Narkoloji Dispanserdə yanğın görüntüləri

Ölənlərin sayının 25-ə çatdığı bildirilir

Baş Prokurorluq, fövqəladə hallar, səhiyyə və daxili işlər nazirlikləri birgə növbəti məlumat yayıb.

Bu məlumatda da bildirilir ki, martın 2-si, saat 06:10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin birmərtəbəli korpusunda yanğın baş verib.

«Həyata keçirilmiş tədbirlərlə korpusda olan 55 nəfərdən 30-u xilas edilib, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib. Saat 08:30-da yanğın söndürülüb, hadisə yerinin müayinəsi zamanı 25 nəfərin meyiti aşkar edilib», - məlumatda vurğulanır.

Faktla bağlı Baş Prokurorluq cinayət işi başlayıb və istintaq-əməliyyat qrupu yaradılıb.

İlkin araşdırmaların nəticələrinə görə, yanğının binanın elektrik şəbəkəsində yaranan nasazlıq səbəbindən baş verdiyi bildirilir.

Hüquq-mühafizə orqanları bundan əvvəl də yanğınla bağlı birgə məlumat yaymışdılar. Onda yanğın yerində 24 meyitin aşkarlandığı bildirilirdi.

Narkoloji Mərkəzə yeni bina tikilir

Respublika Narkoloji Mərkəzinin yeni binasının yaxın zamanlarda istifadəyə verilməsi nəzərdə tutulub.

Bunu Səhiyyə Nazirliyindən bildiriblər.

Nazirliyin verdiyi məlumata görə, yeni bina Sabunçu rayon ərazisində yerləşəcək, 4 korpusdan və 300 çarpayıdan ibarət olacaq.

Martın 2-si səhər saatlarında Xətai rayonunda yerləşən Narkoloji Mərkəzdə yanğın baş verib, 24 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Hüquq-mühafizə orqanları bildiriblər ki, yanğına elektrik naqillərində qısaqapanma səbəb olub. Mərkəzin 32 ildir Xətai rayonunda yanğın baş verən həmin binada fəaliyyət göstərdiyi bildirilir.

Səhiyyə Nazirliyi məlumat yaydı

«Hazırda təxliyə olunan şəxslərə lazımi tibbi və psixoloji yardım göstərilir».

Bu haqda Səhiyyə Nazirliyinin Narkoloji Dispanserdə baş verən yanğınla bağlı yaydığı açıqlamada bildirilir.

Nazirliyin məlumatına görə, martın 2-də səhər saatlarında güclü külək nəticəsində Respublika Narkoloji Dispanserinin binasında qısa qapanma nəticəsində yanğın olub:

«Xəstəxananda müalicə alan və tibbi personaldan ibarət 200 nəfərdən artıq adam, o cümlədən yanğın baş vermiş korpusda 55 nəfərin olduğu müəyyən edilib. Onların əksəriyyəti vaxtında təxliyə olunub. Hazırda təxliyə olunan şəxslərə lazımi tibbi və psixoloji yardım göstərilir».

Məlumata görə, 24 nəfərin həyatını isə xilas etmək mümkün olmayıb.

Respublika Narkoloji Mərkəzinin qarşısı
Respublika Narkoloji Mərkəzinin qarşısı

Prezident yanğın yerində

Martın 2-də prezident İlham Əliyev Bakı şəhərinin Xətai rayonunda baş verən yanğın yerinə gəlib.

AZƏRTAC-ın xəbərinə görə, prezidenti İ.Əliyev yanğının baş verdiyi Respublika Narkoloji Mərkəzində vəziyyətlə tanış olub.

Aidiyyəti qurumların rəhbərləri yanğının başvermə səbəbləri və nəticələri barədə dövlət başçısına məlumat veriblər.

24 nəfər ölüb

Respublika Baş Prokurorluğu, Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri yanğın barədə birgə məlumat yayıb.

Məlumatda bildirilir ki, martın 2-si, saat 06:10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin taxta konstruksiyalı birmərtəbəli korpusunda yanğın baş verib.

«Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri cəlb edilib. Operativ surətdə həyata keçirilmiş tədbirlərlə korpusda olanlardan 34-ü xilas edilib. Onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib. Saat 09:13-də yanğın söndürülüb. Hadisə yerinin müayinəsi zamanı 24 nəfərin meyiti aşkar edilib», - məlumatda vurğulanır.

Məlumatda bildirilir ki, fakt üzrə Baş Prokurorluq dərhal cinayət işi başlayıb və istintaq-əməliyyat qrupu yaradılıb.

İlkin araşdırmaların nəticələrinə görə, yanğının binanın elektrik şəbəkəsində yaranmış nasazlıq səbəbindən baş verdiyi güman edilir.

+++​

Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzində baş verən yanğın zamanı ölənlərin sayı dəqiqləşdirilir.

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən APA-ya bildirilib ki, ilkin məlumata əsasən, 30 nəfərədək şəxs ölüb.

Hadisə zamanı xəsarət alan 4 nəfər isə xəstəxanaya yerləşdirilib. Onlardan üç nəfər 1 saylı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsində, bir nəfər 3 saylı şəhər Klinik Xəstəxanasındadır.

Narkoloji Dispanserdə yanğın baş verib

Martın 2-də Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzinin (PNM) binasında yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda bildirilir.

Məlumata görə, hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

Nazirliyin martın 2-si səhər saat 08:18-də yaydığı məlumata görə, yanğın məhdudlaşdırılıb. Yanğının yayılma təhlükəsi yoxdur.

APA agentliyi isə Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, Respublika Narkoloji Dispanserində yanğın zamanı 30-dan artıq pasiyent təxliyə olunub. Onlardan üçünün xəstəxanaya yerləşdirildiyi vurğulanır.

Xəbərdə Dispanserin yanan 2-ci korpusundan 1 nəfərin meyitinin çıxarıldığı da bildirilir. Üstəlik, yanğın baş verən binada bəzi pasiyentlərin hələ də qaldığı ehtimal edilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG