Bu gün, yanvarın 18-də Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər müalicə olunduğu Mərkəzi Klinik Xəstəxanadan evə buraxılıb.
Bu haqda Müsavat Partiyasının mətbuat xidməti məlumat yayıb.
+++
Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) rəhbəri İsa Qəmbər bu gün, yanvarın 18-də xəstəxanadan evə buraxılmalıdır.
Bunu Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib.
Onun deməsinə görə, İ.Qəmbərin səhhəti yaxşıdır, bəzi prosedurlar ev şəraitində davam etdiriləcək:
“Ümid edirik ki, İ.Qəmbər sağlamlığnı tezliklə bərpa edəcək və öz fəaliyyətinə qayıdacaq”.
Buna da bax: İsa Qəmbər xəstəxanaya aparılıb
Yanvarın 13-də səhhətində problem yaranan İ.Qəmbər elə həmin gün Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Müayinələrdən sonra İ.Qəmbərin ürəyinə stent qoyulub.
Xatırlatma
İsa Qəmbər Azərbaycan Xalq Cəbhəsinin qurucularından, milli azadlıq hərəkatının liderlərindən biridir. O, 1990-1995-ci illərdə deputat, 1992-1993-cü illərdə isə Milli Məclisin sədri olub.
Buna da bax: İsa Qəmbər: 'Ölkə ağır böhran içindədir'
İ.Qəmbər 1992-ci il mayın 18-dən iyunun 17-dək prezident səlahiyyətlərini də icra edib.
1993-cü ilin yayında Əbülfəz Elçibəyin başçılıq etdiyi hakimiyyət devriləndən sonra İ.Qəmbər həbsdə də olub.