Keçid linkləri

2018, 24 Yanvar, çərşənbə, Bakı vaxtı 00:29


Müsavat Partiyasının keçmiş başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər yanvarın 13-də xəstəxanaya aparılıb.

Müsavat başqanı Arif Hacılı deyib ki,İ.Qəmbərin ürəyində narahatlıq yaranıb və kardioloqa müraciət edib:

“ Daha sonra Mərkəzi Klinik Xəstəxanada müayinələrdən keçib. Müayinələrdən sonra onun ürəyində problemlər yarandığı məlum olub. İsa Qəmbər hazırda Mərkəzi Klinik Xəstəxanada müalicə olunur və özünü yaxşı hiss edir”, deyə Arif Hacılı vurğulayıb.

İ.Qəmbərin həkimlərin məsləhəti ilə bir neçəgün xəstəxanada qalacağı gözlənir.

İsa Qəmbər Azərbaycan Xalq Cəbhəsininin rəhbərlərindən olub.

1992-ci ilin mayın 18-dən iyunun 17-nə kimi prezident səlahiyyətlərini icra edib.1992-1993-cü illərdə ölkə parlamentinə rəhbərliik edib.

1992-ci ildən 2014-cü ilə qədər Müsavat Partiyasının başqanı olub.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG