-
ABŞ prezidenti Donald Trump keçmiş Prezident John F. Kennedy-nin 1963-cü ildə öldürülməsiylə bağlı bəzi sənədlərin açıqlanmasını ertələyib. Prezident oktyabrın 26-da 2 min 800 sənədin yayılmasını təsdiqləyib.
Yayılması təsdiqlənən sənədlər ABŞ Milli Arxivinin saytında yerləşdirilib.
Ağ ev rəsmilərinin sözlərinə görə, Trump memorandumda bildirib ki, FBI (Federal Təhqiqat Bürosu) və CIA-nın (Mərkəzi Kəşfiyyat Agentliyi) qaldırdığı milli təhlükəsizlik səbəblərindən bəzi faylları gizli saxlamaqdan “başqa seçimi” olmayıb. Prezident həmin agentliklərə sənədləri altı ay ərzində gözdən keçirmək tapşırığı verib.
*** Buna da bax: Kennedy-nin qətliylə bağlı sənədlərin sonuncu hissəsi açıqlanıb
ABŞ Milli Arxivinin 3 mindən artıq sənədi açıqlayacağı gözlənirdi. İstintaqla bağlı 30 minə yaxın sənəd artıq dərc edilib.
Tarixçilər bu sənədlərin dərcindən sonra hər hansı bir xüsusi sensasiya gözləmirlər.
Kennedy 1963-cü il noyabrın 22-də Dallasda Lee Harvey Oswald tərəfindən vurulub.