Yağıntı gözlənilmir

Yağmursuz hava (arxiv fotosu)

Oktyabrın 9-u Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yarımadada gecə 14-16, gündüz 20-25, Bakıda gecə 14-16, gündüz 22-24 dərəcə isti olacaq.

Buna da bax:​ Vulkanın ətrafında yaşayanlar-Mətbuat icmalı

Azərbaycanın rayonlarında da bir elə yağıntı gözlənilmir. Gecə 10-15, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 11-16 dərəcə isti olacaq.