Azərbaycan müdafiə naziri Zakir Həsənov oktyabrın 8-də Belarusun paytaxtı Minsk şəhərinə yola düşəcək.
Müdafiə nazirliyinin məlumatında bildirilir ki, onu Belarus müdafiə naziri Andrey Ravkovun dəvət edib.
Rəsmi səfər çərçivəsində Belarusun hərbi-siyasi rəhbərliyi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlər nəzərdə tutulub.
Buna da bax: Zakir Həsənov Düşənbəyə gedəcək
Görüşlərdə hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilməlidir.
Z. Həsənov həmçinin Belarus hərbi sənaye kompleksinə daxil olan müəssisələrə baş çəkməlidir.