Azərbaycan və Rusiya müdafiə nazirliklərinin hərbi topoqrafiya ekspertlərindən ibarət heyətləri arasında Bakıda işçi görüş keçirilib.
Bu barədə bu gün, oktyabrın 5-i Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Buna da bax: Müdafiə nazirlərinin təkbətək görüşü olub
Məlumatda bildirilir ki, tədbirdə iki ölkənin Silahlı Qüvvələrində hərbi topoqrafiya, geodeziya, kartoqrafiya sahəsində təcrübənin öyrənilməsi və tətbiqi barədə fikir mübadiləsi aparılıb.