Vəkil Fəxrəddin Mehdiyevi Azərbaycan Beynəlxalq Bankın idarə heyətinin həbsdəki keçmiş sədri Cahangir Hacıyevlə yenə görüşə bilməyib.
Bu haqda AzadlıqRadiosu-na vəkilin özü bildirib.
Onun sözlərinə görə, bu gün, sentyabrın 29-da iki dəfə C.Hacıyevin saxlandığı 13 saylı Cəzaçəkmə Müəssisəsinə gedib. Ancaq onunla görüşə bilməyib.
Buna da bax: Beynəlxalq Bank özəlləşdirilməyə hazırlanır
F.Mehdiyevə deməsinə görə, ona texniki problemlərin olduğu, görüşün bu üzdən alınmadığını bildiriblər.
“Müəssisədə bildirdilər ki, vəkillərin məhbuslarla görüşməsi üçün nəzərdə tutulan otaq məşğuldur. Başqa vəkil görüşür”, – deyən vəkil bunun qanunsuz olduğunu bildirib.
O, deyib ki, 2 gündür, C.Hacıyevlə ilə görüşməsinə imkan verilmir. Vəkil cəzaçəkmə müəssisəsinin rəisi ilə görüşmək istəyib, bu da alınmayıb. Deməsinə görə, rəisin müəssisədə olmadığını bildiriblər.
F.Mehdiyevin qeyri rəsmi aldığı məlumata görə, Cahangir Hacıyevi 7 günlük cərimə kamerasına göndəriblər. Ancaq buna hər hansı rəsmi izahat ala bilməyiblər.
Buna da bax: Vəkilləri Cahangir Hacıyevə bəraət istəyir
Sentyabrın 27-si və 28-də də vəkillər Aqil Layic və F.Mehdiyev 13 saylı Cəzaçəkmə Müəssisəsində olublar. Onda da Cahangir Hacıyevlə görüş baş tutmayıb.
Vəkillərin açıqlamasını hələlik Penitensiar Xidmətdən hər hansı münasibət almaq mümkün olmayıb.
XATIRLATMA
Cahangir Hacıyev 2015-ci il dekabrın 5-dən həbsdədir. O, ötən il oktyabrın 14-də mənimsəmə, vəzifədən sui-istifadə, vəzifə saxtakarlığı kimi ittihamlarla 15 il azadlıqdan məhrum edilib.
Buna da bax: 1 milyon 200 min manat da Cahangir Hacıyevin üzərinə qoyuldu
C.Hacıyev Beynəlxalq Bankdan müxtəlif adamların adlarına kreditlər ayırıb həmin vəsaitlərin mənimsənilməsində suçlu bilinir.
Ancaq o, özü ittihamları qəbul etmir.