Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:23

Vəkilləri Cahangir Hacıyevə bəraət istəyir


Cahangir Hacıyev

Azərbaycan Beynəlxalq Bankının həbsdəki keçmiş sədri Cahangir Hacıyev Ali Məhkəmədən ona bəraət verilməsini istəyir.

Keçmiş bankirin vəkili Fəxrəddin Mehdiyev Azadlıq Radiosuna deyib ki, aşağı məhkəmələrin qərarından artıq, kassasiya şikayəti verilib.

C.Hacıyevin vəkilləri onun barəsində çıxarılan qərarların qanunsuz olduğunu bildirir.

Onlar Ali Məhkəməyə şikayətlərində C. Hacıyev barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Buna da bax:​ Keçmiş deputat 13 il azadlıqdan məhrum edildi

Şikayətə nə vaxt baxılacağı, hələlik, bəlli deyil.

C.Hacıyevin apellyasiya şikayəti üzrə qərar ötən ayın əvvəlində çıxarılıb. Apellyasiya şikayətində də keçmiş bankirlə bağlı cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi istənmişdi.

Ancaq Bakı Apellyasiya Məhkəməsi C.Hacıyevin cəzasını daha da ağırlaşdırmışdı. Məhkəmə C.Hacıyev barəsində hökmün ziyanın ödənilməsi hissəsini dəyişmiş, bankirdən tutulmalı olan vəsaitin məbləği 1 milyon manatdan çox artırılmışdı.

Buna da bax: X. Əhədov: 'Beynəlxalq Bankın restrukturizasiyası plan üzrə gedir'

Bundan əvvəl hökmdə bildirilirdi ki, Cahangir Hacıyevdən 63 milyon 80 min manat tutularaq Beynəlxalq Banka, 7 milyon manat tutularaq isə "Aqrokredit" QSC-yə verilməlidir.

XATIRLATMA

C.Hacıyev 2015-ci il dekabrın 5-dən həbsdədir. O, ötən il oktyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə mənimsəmə, vəzifədən sui-istifadə, vəzifə saxtakarlığı kimi əməllərdə suçlu hesab olunaraq, 15 il azadlıqdan məhrum edilib.

C.Hacıyev Beynəlxalq Bankdan müxtəlif adamların adlarına kreditlər ayırıb həmin vəsaitlərin mənimsənilməsində təqsirləndirilir.

Buna da bax:​ ABB defolta gedərkən 900 milyon dollar da borclanıb

Amma C.Hacıyev ittihamları qəbul etmir. Ona görə də haqqındakı hökmdən apellyasiya şikayəti verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG