Keçid linkləri

Təcili xəbərlər
2018, 21 May, Bazar ertəsi, Bakı vaxtı 22:45

X. Əhədov: 'Beynəlxalq Bankın restrukturizasiyası plan üzrə gedir'


Beynəlxalq Bank

“Nyu-York Məhkəməsinin qərarı ilə Azərbaycan Beynəlxalq Bankının (ABB) xarici öhdəliklərinin könüllü restrukturizasiyası prosesi ilə bağlı baş verə biləcək mümkün hüquqi risklər aradan qalxıb”.

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Xalid Əhədov Nyu-York Məhkəməsinin ABB ilə bağlı qərarının şərhində belə qeyd edib.

X.Əhədov bəzi kreditorların etirazlarının qəbul edilmədiyi deyib.

Buna da bax:​ ABŞ məhkəməsi Beynəlxalq Bankı dəstəklədi

“Bəzi kreditorların restrukturizasiya prosesinə etirazını məhkəmə qəbul etməyib. Bankın aktivlərinin bu prosesdə xarici kreditorların iddia tələblərindən qorunduğu bir daha məhkəmə qaydasında qətiləşdi”, – X.Əhədov deyib.

O, əlavə edib ki, ABB-nin restrukturizasiya prosesi hazırda nəzərdə tutulmuş plan üzrə davam edir. İdarə heyəti sədri ümid edir ki, nəticə gözlədikləri kimi olacaq.

Nyu-York-un müflisləşmə üzrə məhkəməsi Azərbaycan Beynəlxalq Bankına 3 milyard dollarlıq borcun restrukturizasiyasına kömək etməyə razılaşıb.

İyunun 28-də çıxarılmış qərarda ABŞ Müflisləşmə Məhkəməsinin hakimi James Garrity Jr. Beynəlxalq Bankın 15-ci maddə üzrə müraciətini təsdiqləyib. Bununla da bəzi istiqraz sahiblərinin müraciəti rədd olunub. İnvestorlar bankın həmin borcunun 20 faizinin silinməsinə etiraz edirdilər.

Buna da bax: ABB defolta gedərkən 900 milyon dollar da borclanıb

ABB restrukturizasiya prosesinə apreldə başlayıb. Bank 15-ci maddə üzrə məhkəməyə müraciət edərək qoruma istəmişdi. Həmin maddə xarici qurumlara ABŞ müflisləşmə qanunu çərçivəsində bütün imtiyazları verir. Buraya məhkəmə iddialarının ertələnməsi, kreditorların sərvətləri dondurmasının bloklanması daxildir.

XATIRLATMA

Azərbaycan Beynəlxalq Bankı (ABB) bir müddət öncə 3.3 mlrd. dollar borcunun restrukturizasiyasından ötrü Nyu-Yorkda məhkəməyə müraciət etmişdi. Onun öhdəlikləri dövlətə ötürülür.

ABB-nin sağlamlaşdırılması ilə bağlı dövlətin 10 milyard manat vəsait xərclədiyi bildirilir.

Buna da bax:​ Kreditorlar ABB-nin borclarının restrukturizasiyasına etiraz edir

Mayın 23-də isə xarici öhdəliklərin könüllü restrukturizasiyası ilə əlaqədar Londonda bankın xarici kreditorları ilə görüş keçirilib. Toplantıda bankın xarici borclarının restrukturizasiya planı təqdim olunub. Planda üç həll variantı təklif olunmuşdu.

Birinci varianta əsasən, əsas 2.38 milyard dollarlıq borc 20 faiz güzəştlə 12 illik dövlət istiqrazları ilə əvəzlənməlidir. İstiqrazların gəlirliliyi illik 5.125 faiz təşkil edəcək.

İkinci varianta görə, borc illik gəlirliliyi 3.5 faiz olan 15 illik istiqrazlarla əvəzlənir.

Üçüncü variant isə borcun gəlirliliyi 3.5 faiz olan 7 illik istiqrazlar ilə əvəzlənməsini nəzərdə tutur.

Buna da bax:​ ‘Milyonları görmədilər, gözəllik salonuna xərclənmiş 100 manatı qabardırlar’

ABB-nin kreditorları təklif edilən plandan narazı qalmışdılar. Daha sonra plana bəzi güzəştlər əlavə olunsa da, kreditorlar yenə narazı idilər.

ABB-nin İdarə heyətinin keçmiş sədri Cahangir Hacıyev mənimsəmə və qulluq səlahiyyətlərini aşmaqda ittiham edilərək, 15 il həbs cəzası alıb. C.Hacıyev 2015-ci ildə həmin vəzifədən uzaqlaşdırılsa da, bankın ətrafında qalmaqallar bitməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG