Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:14

ABŞ məhkəməsi Beynəlxalq Bankı dəstəklədi


ABB
ABB

Nyu-York-un müflisləşmə üzrə məhkəməsinin hakimi Azərbaycan Beynəlxalq Bankına 3 milyard dollarlıq borcun restrukturizasiyasında kömək etməyə razılaşıb. Bu haqda Foxbusiness.com saytında Tom Corrigan yazır.

Çərşənbə günü – iyunun 28-də çıxarılmış qərarda ABŞ Müflisləşmə Məhkəməsinin hakimi James Garrity Jr. Beynəlxalq Bankın 15-ci maddə üzrə müraciətini təsdiqləyib. Bununla da istiqraz sahiblərinin müraciəti rədd olunub. İnvestorlar bankın həmin borcun 20 faizinin silinməsinə etiraz edirdilər.

ABB restrukturizasiya prosesinə apreldə başlayıb. Bank 15-ci maddə üzrə məhkəməyə müraciət edərək qoruma istəmişdi. Həmin maddə xarici şirkətlərə ABŞ müflisləşmə qanunu çərçivəsində bütün imtiyazları verir. Buraya məhkəmə iddialarının ertələnməsi, kreditorların sərvətləri dondurmasının bloklanması daxildir.

«YERLİ KREDİTORLARI FAYDALANDIRMAQ»

ABB-nin beynəlxalq kreditorlarının bir qrupu, özəlliklə, ABŞ və Avropa investorları böyük itkiylə üzləşdiklərindən, planın ədalətsizliyindən, aldadılmalarından şikayətlənirdilər.

İstiqraz sahibləri deyirlər ki, səsvermə prosesi də bank sahiblərinə gəlir gətirmək məqsədiylə təşkil olunub və əgər səsverməyə qatılmazlarsa, yaxud planın əleyhinə səs verərlərsə, itkiləri daha çox olar.

«Bütün proses yerli kreditorları faydalandırmaq niyyəti güdür», – istiqraz sahiblərinin vəkili Fredric Sosnick ötən həftə məhkəmədə söyləyib.

Beynəlxalq bank ətrafında nə baş verir?
Gözlə

No media source currently available

0:00 0:14:53 0:00

Hakim J.Garrity çərşənbə günü çıxardığı qərarda bildirir ki, istiqraz sahiblərinin qaldırdığı məsələlər «ABŞ-ın fundamental prinsiplərinin pozulması səviyyəsində deyil».

Məhkəmə sənədlərinə görə, etiraz edən istiqraz sahiblərinə borcun məbləği 220 milyon dollardır. Onların içində «Fidelity Management&Research Co.», «Franklin Templeton Investment Management Ltd.», «Promeritum Investment Management LLP» və «VR Global Partners LP»nin idarə etdiyi fondlar və hesablar var.

CƏMİ 10 FAİZ

ABB-nin Azərbaycanda və xaricdə müştəri sayı 750 mindir.

Bankın vəkili Thomas MacWright hakim Garrity-yə deyib ki, ABŞ-ın restrukturizasiya prosesini tanıması ölkənin bank sektoru və iqtisadiyyatından ötrü çox vacibdir.

Vəkil onu da bildirib ki, etiraz edən qrup bankın borcunun cəmi 10%-dən də azına sahibdir. Onun sözlərinə görə, bankın ən böyük kreditoru olan «Cargill Financial Services International Inc.»ə 715 milyon dollarlıq borc var və 15-ci maddə üzrə müraciəti dəstəkləyir.

Bank oxşar qorumayla Böyük Britaniya da təmin olunacaq. İndi növbəti addım bankın restrukturizasiya planı üzrə Azərbaycanda məhkəmənin keçirilməsidir. Plan Azərbaycanda təsdiqlənəndən sonra bank yenidən hakim Garrity-yə müraciət edəcək, şərtlərin ABŞ-da qüvvəyə minməsini istəyəcək.

Banklara etibar edirsinizmi? [video-sorğu]
Gözlə

No media source currently available

0:00 0:00:57 0:00

XATIRLATMA

Azərbaycan Beynəlxalq Bankı (ABB) bir müddət öncə 3.3 mlrd. dollar borcunun restrukturizasiyasından ötrü Nyu-Yorkda məhkəməyə müraciət etmişdi. Onun öhdəlikləri dövlətə ötürülür.

ABB-nin sağlamlaşdırılması ilə bağlı dövlətin 10 milyard manat vəsait xərclədiyi bildirilir.

Mayın 23-də isə xarici öhdəliklərin könüllü restrukturizasiyası ilə əlaqədar Londonda bankın xarici kreditorları ilə görüş keçirilib. Toplantıda bankın xarici borclarının restrukturizasiya planı təqdim olunub. Planda üç həll variantı təklif olunmuşdu.

Birinci varianta əsasən, əsas 2.38 milyard dollarlıq borc 20 faiz güzəştlə 12 illik dövlət istiqrazları ilə əvəzlənməlidir. İstiqrazların gəlirliliyi illik 5.125 faiz təşkil edəcək.

İkinci varianta görə, borc illik gəlirliliyi 3.5 faiz olan 15 illik istiqrazlarla əvəzlənir.

Üçüncü variant isə borcun gəlirliliyi 3.5 faiz olan 7 illik istiqrazlar ilə əvəzlənməsini nəzərdə tutur.

ABB-nin kreditorları təklif edilən plandan narazı qalmışdılar. Daha sonra plana bəzi güzəştlər əlavə olunsa da, kreditorlar yenə narazı idilər.

ABB-nin İdarə heyətinin keçmiş sədri Cahangir Hacıyev mənimsəmə və qulluq səlahiyyətlərini aşmaqda ittiham edilərək, 15 il həbs cəzası alıb. C.Hacıyev 2015-ci ildə həmin vəzifədən uzaqlaşdırılsa da, bankın ətrafında qalmaqallar bitməyib.

XS
SM
MD
LG