Nazir keçmiş həmkarının 10 milyonlarla rüşvət almasını inkar edir

Zafer Caglayan (mərkəzdə), onun sağında Nihat Zeybekci

Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi sentyabrın 7-də deyib ki, ondan əvvəlki həmkarı Zafer Çağlayan Türkiyəyə ziyan vuran heç nə etməyib, başqa ölkələrin marağına ziyan vurubsa, bu, Türkiyənin problemi deyil.

Zeybekçi həmçinin deyib ki, eks-nazirə qarşı ittihamlar yoxlanmamış ittihamlardır.

Sentyabrın 6-da ABŞ məhkəməsi Çaglayanı və Türtkiyənin dövlət bankı Halkbankın keçmiş rəhbəri Süleyman Aslanı on milyonlarla dollar nağd pul və ləl-cavahirat şəklində rüşvət almaqda ittiham etdi.

Sizin brauzer HTML5-i dəstəkləmir

Türkiyəli nazir öz sələfini rüşvət ittihamından müdafiə etdi

İttihama görə, Çağlayan İrana qarşı sanksiyalar qanununu pozaraq ABŞ-ın maliyyə sistemi vasitəsilə İranın pul köçürmələrinə yardım göstərib.

Zarrab xanımı Ebru Gundeşlə 2013-cü ildə

Söhbət milliyətcə azərbaycanlı olan İran-Türkiyə biznesmeni Reza Zarrab-ın sanskiyalardan yayınaraq İranın adından gerçəkləşdirdiyi pul köçürmələrindən gedir.

ABŞ məhkəməsi Süleyman Aslanı rüşvət müqabilində bu köçürmələri asanlaşdırmaq və gizlətməkdə ittiham edir.

Buna da bax: ABŞ Reza Zarrab-ın işində razılaşmaya açıqdır

34 yaşlı Reza Zarrabın özü 2016-cı ilin martından ABŞ-da həbsdədir. Həbsdən sonra Almaniyanın Deutsche Welle teleradiosu bildirirdi ki, ABŞ prokurorları Zarrabın Türkiyə prezidenti Erdoğanın yaxın çevrəsi ilə sıx əlaqələri olduğunu deyirlər. “Economist” jurnalı isə yazırdı ki, ABŞ müstəntiqlərində Zarrabın Erdoğan hökumətinin 3 nazirinə rüşvət verməsi barədə şübhələr var.