Nazirlər Bakıda görüşəcək

Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirləri. 19Fev2016

Sentyabrın 6-da Bakıda Azərbaycan, Gürcüstan Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək.

Bu haqda Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) xəbər verir.

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli formatda görüşləri son zamanlarda tez-tez keçirilir. Görüşlərdə adətən regional və qlobal məsələlər müzakirə edilir.

Buna da bax:​ Azərbaycanlı deputatlar Parisə gedir

Bu görüş sayca altıncıdır.

Azərbaycan-Gürcüstan-Türkiyə formatında xarici işlər nazirləri səviyyəsində birinci üçtərəfli görüş 2012-ci ildə Trabzonda keçirilib.

Daha sonra XİN başçıları Batumidə, Gəncədə, Qarsda və iki dəfə Tbilisidə bir araya gəliblər.