Keçid linkləri

Təcili xəbərlər
2018, 20 İyul, Cümə, Bakı vaxtı 00:39

Azərbaycanlı deputatlar Avropa Şurası Parlament Assambleyası (AŞPA) bürosunun komitələrinin iclaslarına qatılacaq. İclaslar Parisdə keçiriləcək.

Bu haqda Milli Məclisin mətbuat xidməti xəbər verir.

Məlumatda bildirilir ki, AŞPA Bürosunun hüquqi məsələlər və insan hüquqları, siyasi işlər və demokratiya, habelə monitorinq komitələrinin iclasları sentyabrın 4-dən 7-nə kimi davam edəcək.

Buna da bax:​ Deputat: 'Mənim vitse-prezidentin işinə qiymət verməyə haqqım yoxdur'

Toplantılarda Azərbaycanı Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu təmsil edəcək. Nümayəndə heyətinə deputatlardan Sahibə Qafarova, Vüsal Hüseynov Sabir Hacıyev daxildir.

Büro iclasında Avropa Şurası Baş katibinin qurumun fəaliyyətinə dair məruzəsi dinləniləcək.

Həmçinin, AŞPA-nın payız sessiyasının gündəlik layihəsi təsdiqlənəcək.

İclasda yeni siyasi qrupun – “Azad demokratlar qrupu”nun formalaşdırılması ilə bağlı məsələnin müzakirəsi də nəzərdə tutulur.

Buna da bax:​ Deputat: 'Məmurlar övladlarını elə tərbiyə etməlidir ki...'

Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvidir. Həmin vaxt Azərbaycan Avropa Şurası qarşısında insan hüquqları, azad seçkilər, Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və başqa bir sıra məsələlərlə bağlı öhdəlik götürüb. Azərbaycan, hələ də bu qurumun monitorinqi altındadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG