Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov ÇSKA (Rusiya) - "Young Boys" (İsveçrə) oyununda matçın direktoru (UEFA Venue Director) kimi fəaliyyət göstərəcək.
Bu barədə AFFA-nın saytı xəbər yayıb.
Buna da bax: Azərbaycanın futbol klubları batır [video]
Bu oyun avqustun 23-ü UEFA Çempionlar Liqasının play-off mərhələsi cavab oyunları çərçivəsində Moskva şəhərindəki ÇSKA Arenada keçiriləcək. Bir gün əvvəl, avqustun 16-da keçirilən ilk qarşılaşmada Rusiya təmsilçisi səfərdə rəqib üzərində minimal hesabla qələbə qazanıb. Oyun uzatma dəqiqələrində vurulan qolla 0:1 hesabı ilə başa çatıb.