Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:55

Azərbaycanın futbol klubları batır [video]


Futbol klubları bağlanır, İslamiadaya isə milyonlar xərclənir...
Gözlə

No media source currently available

0:00 0:14:51 0:00

Futbol klubları bağlanır, İslamiadaya isə milyonlar xərclənir... [A-Live]

İki gün sonra Azərbaycanda İslam Oyunları başlayır. Ekspertlər deyirlər ki, bir yandan dövlət büdcəsindən beynəlxalq yarışların ev sahibliyinə milyonlar xərclənir, o biri yandan isə Azərbaycanda maliyyə çatışmazlığı ucbatından ölkədə idmanın durumu getdikcə pisləşir.

Təkcə ötən bir neçə ildə ölkənin 4 iri futbol klubu bağlanıb, bəziləri də bağlanma təhlükəsi ilə üz-üzədir.

Buna da bax:​ 'AZAL' futbol klubu ləğv olunub

Uzun müddət maliyyə problemləri yaşayan “Azal” Futbol Klubunun bağlanması haqda məlumat mayın əvvəlində yayılıb. Komandanın kapitanı Emin Cəfərquliyev deyir ki, klubu ayaqda saxlamaq üçün pul lazımdır. Maliyyə vəsaiti olmayanda isə klub dağılır:

“Bir futbol komandasını saxlamağa 1,5-2 milyon gərəkdir. “Azal” isə cəmi 150 min manata ayaqda dura bilirdi. Halbuki, elə komandalar var ki, bir futbolçuya 150 min verilir. Baş məşqçi və futbolçuların həvəsi, səyi ilə biz əlimizdən gələni etdik. Ötən il 40 xal qazana bildik. İndiyə kimi də bizə hər şey yaxşı olacaq deyilirdi. O gün xəbərlərdə oxudum ki, "Azal" Futbol Klubu fəaliyyətini dayandırıb. Klubun rəhbərliyi ilə əlaqə saxladıq, məlumatı təsdiqlədi”.

Buna da bax:​ Azərbaycan futbolunun "oliqarxiologiyası"

Neft gəlirlərinin azalması, eləcə də devalvasiya - Azərbaycanda bir çox sahələr kimi futboldan da yan keçməyib.

Ötən illərdə nəqliyyat naziri Ziya Məmmədovun ortağı kimi tanınan işadamı Hafiz Məmmədova məxsus “Bakı” Futbol Klubu fəaliyyətini dayandırdı. Ardınca “İnter” futbol klubu - Beynəlxalq bankın sədri Cahangir Hacıyevin həbsindən sonra, “Xəzər-Lənkəran” klubu isə Mübariz Mənsimova məxsus "Palmali" şirkətlər qrupu sponsorluğu dayandırandan sonra futbol meydançaları ilə vidalaşdı.

Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun rəhbərlik etdiyi “Qəbələ” futbol klubundan isə ara-sıra maliyyə sıxıntıları xəbərləri gəlir. Hələlik, klub UEFA-nın ayırdığı vəsaitlə ayaqdadır.

Buna da bax:​ İslamiadaya görə, əsas yollar nəqliyyata qapadılacaq

Tale Heydərov
Tale Heydərov

Futbol həm də çirkli pulların yuyulması vasitəsindən biri sayılır. 2013-cü ildə Britaniyanın “Economist” dərgisiGözəl oyuna xoş gəlmisiz” məqaləsində futbolda çirkli pulların yuyulmasından bəhs edir.

Yazıdan bir hissə: "Hansısa gözdən iraq yerdə holdinq yarat, gəlib klub al və budur - əlinin altında çirkli pulların yuyulması üçün heç nəylə müqayisə oluna bilməz bir mexanizm var".

Futbol şərhçisi Coşqun Eldaroğlu deyir ki, Azərbaycanda futbol klubları özəlliklə, 2004-cü ildə, neft gəlirlərinin sürətlə atdığı vaxtda yaradılıb. Neft ucuzlaşandan sonra isə futbola ayrılan vəsait azalıb.

Buna da bax:​ 3 ölkə İslamiada-ya gəlmir - səbəbləri açıqlamır

“2004-cü ildə ölkəyə çox böyük neft pulları gələndə ölkə futbolunda bir dirçəlmə oldu. Amma neft ucuzlaşandan bəri – xüsusilə son 2 ildə futbolda böhran yaşanır. Son iki ildə futbol klublarını üzərinə götürən işadamları geri çəkilir. İndi əsas vəsait AFFA, və dolayısı ilə SOCAR-ın üstünə düşür”.

AFFA-nın 2016-cı il üzrə hesabatından görünür ki, assosiasiya ümumilikdə 24 milyon manat vəsait daxil olub. Bunun əsas hissəsini – 11 milyon manatı Dövlət neft şirkəti olan SOCAR ayırıb.

AFFA
AFFA

2016-cı ildə UEFA isə Azərbaycanın futbol klublarına ümumilikdə, 21 milyon manat köçürüb. Bu vəsaitin azı 16 milyonu “Qarabağ” və “Qəbələ” futbol klublarına ayrılıb. Qalan vəsait - hardasa 5 milyon isə 7 komanda arasında bölüşdürülüb.

Buna da bax: İslam oyunları 50-dən çox ölkədə yayımlanacaq

13 ildir "Xəzər-Lənkəran"a azarkeşlik edən Sabir Bacaran deyir ki, sevimli komandası bağlanandan bəri heç futbolla maraqlanmır da:

“Artıq bir sezondur ki, “Xəzər-Lənkəran” çempionatda yoxdur. Heç çempionatı izləmədim də. Bir axırda xəbər tutduq ki, kim çempion oldu. Lənkərana gedirik boş stadion, əvvəlki abu-hava yox, stadionun vəziyyəti getdikcə pisləşir. İdmana qayğı, diqqət ancaq sözlərdə qalır. Azərbaycanın PR-dan söhbət gedirsə, vəsaiti idmana yatırsaq daha yaxşı olar. Yersiz oyunlara vəsait ayrılır, idmana qayğı, diqqəti isə görmürəm mən Azərbaycanda”.

Buna da bax:​ İslam oyunları üçün 'Yanar bulaq' dan su götürülüb

Biz Bakı sakinlərinin də fikirlərini öyrənmişik. Onlardan soruşmuşuq ki, sizcə, Azərbaycanda futbol klubları niyə bir-birinin ardınca bağlanır?

Futbol klubları niyə dağılır?
Gözlə

No media source currently available

0:00 0:00:34 0:00

Yenicə bağlanan "Azal" futbol klubunun kapitanı Emin Cəfərquliyev isə karyerasını davam etdirmək üçün yeni imkanlara baxır. Deyir ki, hər şey AFFA-nın mayın 12-də açıqlayacağı qərardan asılıdır. AFFA ya futbol klublarının sayının azalması haqda qərar qəbul edəcək, ya da əksinə futbol klublarının sayını artıracaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG