İyulun 28-də Qazaxıstanın Baykonur kosmodromundan Soyuz raketi buraxılıb. Raket Beynəlxalq Kosmik Stansiyaya (ISS) 5 aylıq çalışmaq üçün Rusiya, Birləşmiş Ştatlar və İtaliyadan 3 nəfərlik heyəti aparıb.
Rusiyanın Roscosmos kosmik agentliyi rusiyalı kosmonavt Sergei Ryazansky, NASA-nın astronavtı Randy Bresnik və Avropa Kosmik Agentliyindən Paolo Nespoli-nin olduğu raketin görüntülərini yayıb.
Buna da bax: NASA Aya və Marsa uçacaq ilk 12 astronavtı təqdim edib
Bir neçə saatdan sonra, iyulun 29-da heyət Beynəlxalq Kosmik Stansiyaya çatıb. Bu stansiya 400 km yüksəklikdə Yerin orbitində fırlanır.
Hazırda stansiyada NASA-dan Jack Fischer və Peggy Whitson, Rusiyadan Fyodor Yurchikhin çalışır.
100 milyard dollarlıq ISS 1998-ci ildən Yerin orbitindədir.