İran lideri tanınmış riyaziyyatçı Maryam Mirzakhani-nin yasını tutub. Stanford universitetinin professoru, riyaziyyat üzrə beynəlxalq mükafat almış Mirzakhani iyulun 15-də 40 yaşında xərçəngdən vəfat edib.
O, Birləşmiş Ştatlarda adı açıqlanmayan xəstəxanada dünyasını dəyişib.
Mirzakhani 2014-cü ildə Beynəlxalq Riyaziyyatçılar Konqresinin hər dörd ildən bir verdiyi, Nobel mükafatına bərabər “Fields Medal” mükafatını alıb.
Buna da bax: ABŞ İrandakı çevrilişlə bağlı sənədləri yayıb
İran prezidenti Hassan Rohani və xarici işlər naziri Mohammad Javad Zarif iyulun 15-də tanınmış riyaziyyatçının gördüyü işlərdən danışıb, onun vəfatından kədərləndiklərini bildiriblər.
Rohani yaydığı bəyanatda Mirzakhani-nin ölümünün “dərin kədər” doğurduğunu vurğulayıb. O, “bu yaradıcı alimin və təvazökar insanın İranın adını dünyanın elmi forumlarına çıxardığını” deyib.
Zarif isə Instagram-da yazıb ki, alimin ölümü bütün iranlıları kədərləndirib.