Müdafiə nazirliyi bildirir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, 60 və 120 millimetrlik minaatanlardan da (3 mərmi) istifadə etməklə sutka ərzində atəşkəsi 109 dəfə pozub.
Qazaxın, Tovuzun bir neçə kəndi, Gədəbəydəki adsız yüksəkliklər, Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki Azərbaycan Ordusunun mövqeləri atəşə alınıb.
Buna da bax: Dövlət Departamentindən danışıqlar çağırışı
Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlanıb. 1994-cü ildə atəşkəs imzalanıb. Bunadək Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon, eləcə də bir neçə kənd işğal edilib.
Münaqişənin nizamlanması ilə ATƏT-İN Minsk Qrupunun həmsədrləri məşğul olur.