Rusiyanın iki hərbi gəmisi və bir sualtı qayığı Suriyadakı İslam Dövləti (İŞİD) hədəflərinə raket atıb. Bu haqda iyunun 23-də Rusiyanın Müdafiə nazirliyi məlumat yayıb.
Suriyanın Hama regionundakı komandanlıq mərkəzlərinə və silah anbarlarına altı Kalibr raketi atıldığı bildirilir.
Nazirliyin məlumatına görə, qəfil raket zərbələri hədəfləri dağıdıb.
Buna da bax: ABŞ-ın hava zərbəsi İŞİD-in “baş müftisini” öldürüb
Həmin hücumların video görüntüləri də yayılıb.
Rusiya mayın 31-də Palmira yaxınlığındakı İŞİD hədəflərini vurmuşdu.
Nazirlik İŞİD yaraqlılarının bu həftə Hama vilayətinə doğru irəliləməyə çalışdığını bildirib.