Xəzərdə meyit tapılıb

Xəzərdə meyit tapılıb (arxiv fotosu). 7yan2017

Xəzər dənizində daha bir meyit tapılıb. Cəsədin 2016-cı il dekabrın 15-də itkin düşən neftçilərdən birinin olub-olmadığı araşdırılır.

Bu barədə mayın 25-də Xəzərdə itkin düşənlərin axtarışı üzrə yaradılan Qərargah məlumat yayıb.

Buna da bax:​ 'Xəzərdəki faciənin məsuliyyəti...'

“Tapılan meyitin, «Azneft» İstehsalat Birliyinin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşən neftçilərə aid olub olmaması müəyyənləşdirilir. Meyitin şəxsiyyəti müəyyənləşdirildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək” - deyə məlumatda yazılır.

Xatırlatma

2016-cı il dekabrın 15-də qasırğa Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin estakadasını uçurması nəticəsində 10 neftçi dənizə düşüb. Onlardan birinin həmin gün, 6-nın isə sonrakı günlər cəsədinin tapılıb ailəsinə verildiyi bildirilirdi.

Buna da bax:​ '335 milyonluq ofis və yararsız estakada'

Sonuncu dəfə aprel ayının 11-də «Azneft» İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 1 saylı neft qaz çıxarma sahəsində «əmtəə operatoru» vəzifəsində çalışmış, 50 yaşlı Cavid Həyatxan oğlu Bəhrəmovun cəsədi tapılıb ailəsinə verilmişdi.

Digər neftçilər rəsmən, hələ də itkin sayılır.