Polis 'Victoria' avtobus terminalını bağlayıb

Manchester Arena

Britaniya polisi Londondakı «Victoria» avtobus terminalını bağlayaraq, şübhəli bağlamanın tədqiqinə başlayıb. Bundan cəmi bir neçə saat öncə Mançesterdə konsert arenasında intiharçı azı 22 nəfərin həyatına son qoyub.

London polisinin sözçüsü BBC-yə deyib ki, şübhəli bağlama Londonun mərkəzindəki avtobus terminalında aşkarlanıb.

Təkcə bu məkan deyil, Bukinhem sarayına gedən yol, ərazidəki digər yollar da bağlanıb.

Britaniyada təhlükəsizlik tədbirləri gücləndirilib. Baş nazir Theresa May «Manchester Arena»dakı partlayışı «dəhşətli terror hücumu» adlandırıb.