2 nəfərə '20 Yanvar Şəhidi' fəxri adı verilib

20 Yanvar şəhidlərinin xatirəsi anılır

1990-cı il 20 Yanvar hadisələri nəticəsində aldıqları xəsarətlərdən vəfat etmiş 2 nəfərə “20 Yanvar Şəhidi” fəxri adı verilib.

Prezident İlham Əliyev mayın 16-da bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Musa AdilovaRəna Məmmədovaya “20 Yanvar Şəhidi” fəxri adı verilib.

Buna da bax:​ Silahlı Qüvvələrdə 20 Yanvar hadisələri anılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə girərək dinc əhalini gülləbaran edib. Həmin hadisə nəticəsində 137 nəfər həlak olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.

Hər il 20 Yanvar Azərbaycanda Ümumxalq Hüzn Günü kimi qeyd olunur.