Keçid linkləri

Təcili xəbərlər
2018, 11 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:19

Silahlı Qüvvələrdə 20 Yanvar hadisələri anılıb


20 Yanvar şəhidlərinin xatirəsi anılır.

Hərbi birlik, birləşmə, hissə, xüsusi təyinatlı təhsil müəssisələri, mərkəzi və qarnizon zabitlər evlərində ümumxalq hüzn günü ilə bağlı tədbirlər təşkil olunub.

Nazirliyin mətbuat xidməti xəbər verir ki, müdafiə naziri Zakir Həsənovun tapşırığına əsasən keçirilən tədbirlərdə 20 Yanvar faciəsinin tarixi əhəmiyyəti xüsusi vurğulanıb.

Buna da bax:​ Mirzə Xəzər 20 Yanvara qayıdır...

Anma tədbirlərində 27 il öncə Bakıya sovet qoşunlarının müdaxiləsi nəticəsində həlak olanların xatirələri bir dəqiqəlik sükutla yad edilib, müxtəlif bölgələrdəki xiyabanlar ziyarət edilib. Ədəbi-bədii kompozisiyalar və sənədli filmlər nümayiş olunub.

Tədbirlərdə çıxış edənlər həmin tarixi dövrdə milli-azadlıq uğrunda mübarizə aparanların fədakarlığı barədə xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.

Buna da bax: Mirzə Xəzərin Yusif Səmədoğlu ilə müsahibəsi. 20 yanvar, 1990-cı il

Bakıdan başqa, sovet qoşunları 1990-cı il yanvarın 25-i Neftçala, yanvarın 26-da isə Lənkəranda da qətllər törədib. Ümumilikdə bu hadisələr zamanı 137 nəfərin həlak olduğu, 744 nəfərin yaralandığı, 841 nəfərin qanunsuz olaraq həbs edildiyi bildirilir.

Buna da bax:

20 Yanvar faciəsindən 27 il ötür
Gözlə

No media source currently available

0:00 0:00:52 0:00

Günün bütün mövzuları

XS
SM
MD
LG